Azərbaycanca | English

Şirkət haqqında

Alternativ və Bərpa  Olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyi  tərəfindən Sumqayıtda  inşa  olunmuş  “Azgüntex”  MMC hazırda iki zavodu  özündə birləşdirir: Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları Zavodu.

Açılışı cənab prezident İlham Əliyev tərəfindən qoyulan Günəş Modulları Zavodu 2012ci il Aprelin 24-dən günəş  panellərinin  istehsalı  ilə məşğul olur. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış  zavod  30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. 

Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması, və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir. Quraşdırılması az vaxt alan , etibarlı və asandır. 

Modullara 25 il zəmanət verilir və istifadəyə yararlılıq müddəti 30-40 ildir.





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.