Azərbaycanca | English

Layihələr

 

Orta məktəblərdə, uşaq bağçalarında və səhiyyə müəssisələrində  günəş panelləri (PV modulları) və istilik nasoslarının quraşdırılması layihələri  “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və “2011-2013 –cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial –iqtisadi inkişafına dair Dövlət proqramı”na uyğun olaraq həyata keçirilir. Elektrik və istilik təchizatını alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin olunması həm təbii yanacağa qənaət və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və həmdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına köməklik göstərəcək. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500 saata bərabər olduğundan günəş panellərindən istifadə etməklə elektrik enerjisinin istehsalını səmərəli edir. Baxılan layihələrdə istilik nasoslarının həm də elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir. İstilik nasosları aşağı temperaturlu istilik daşıyıcının temperaturunu xaricdən enerji sərf etməklə yüksəltməyə imkan verir.  Layihələrin yerinə yetirilməsi nəticəsində  məktəblər və səhiyyə müəssisələri üçün vacib olan təhlükəsiz  qızdırıcı sistemi yaradılacaqdır. Müasir avadanlıqlar tətbiq etməklə elektrik və istilik təchizatı qurğuları avtomatik rejimdə işləyəcəkdir.

 

Layihə: 6 eyni tipli orta məktəbdə günəş elektrik stansiyalarının və istilik nasoslarının  quraşdırılması

Məkan: Biləsuvar rayonu

Güc: 300 kVt günəş stansiyaları

Güc:  708 kVt istilik nasosları

Məqsəd: Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin qəsəbəsində yerləşən altı məktəbi istilik və elektrik enerjisi ilə təmin etmək və məktəbliləri maarifləndirmək

 

Layihə: Qapalı idman meydançasında günəş elektrik stansiyalarının və istilik nasoslarının quraşdırılması

Məkan: Beyləqan rayonu

Güc: 50 kVt günəş stansiyası

Güc: 76 kVt istilik nasosları

Məqsəd:  Qəsəbədə  Xocavənd qaçqınları üçün tikilmiş qapalı idman meydançasının enerji tələbatını  günəş elektrik stansiyaları və istilik nasosları ilə ödəmək

 

Layihə: Qapalı idman meydançasında günəş elektrik stansiyasının və istilik nasoslarının quraşdırılması

Güc: 50 kVt günəş stansiyası

Güc: 76 kVt istilik nasosları

Məkan: Masallı rayonu, Boradigah qəsəbəsi

Məqsəd:  1№-li məktəbə aid qapalı idman meydançasının enerji tələbatını günəş elektrik stansiyası və istilik nasosları ilə ödəmək

 

Layihə: internat məktəbində günəş panellərinin (PV modulların) avadanlıqlarının quraşdırılması

Güc: 25 kVt günəş stansiyası

Məkan: Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi

Məqsəd:  İnternat məktəbinin enerjiyə olan tələbatının bir hissəsini günəş modulları ilə ödəmək və məktəbliləri bərpa olunan enerji mənbələri ilə tanış etmək

 

Layihə: Uşaq poliklinikasının alternativ enerji mənbələri vasitəsilə elektrik və istilik enerjisi ilə təmin edilməsi

Güc: 35 kVt günəş stansiyası

Güc: 60 kVt istilik nasosları

Məkan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi

 

Layihə: Həkim məntəqəsinin alternativ enerji mənbələri vasitəsilə elektrik və istilik enerjisi ilə təmin edilməsi

Güc: 15 kVt günəş stansiyası

Güc: 51 kVt istilik nasosları

Məkan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi

Missiya: Elektrik və istilik təchizatını alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin etməklə yanaşı, həm təbii yanacağa qənaət və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, həmdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına köməklik göstərməkdir

 

Layihə: 235 saylı orta məktəbdə günəş panelləri (FV modulları) avadanlıqlarının və istilik nasoslarının  quraşdırılması

Güc: 25 kVt günəş stansiyası

Güc: 25 kVt istilik nasosu

Məkan: Bakı şəhəri, Xəzər rayonu

Missiya: Məktəblər üçün vacib olan təhlükəsiz  qızdırıcı sistemi yaratmaq, müasir avadanlıqlar tətbiq etməklə elektrik və istilik təchizatı qurğularını avtomatik rejimdə işlətməkdir.

 

 Layihə: 149  saylı orta məktəbdə günəş panelləri (FV modulları) avadanlıqlarının və istilik nasoslarının  quraşdırılması

Güc: 30 kVt günəş stansiyası

Güc: 60 kVt istilik nasosu

Məkan: Bakı şəhəri, Xəzər rayonu

Missiya: Məktəblər üçün vacib olan təhlükəsiz  qızdırıcı sistemi yaratmaq, müasir avadanlıqlar tətbiq etməklə elektrik və istilik təchizatı qurğularını avtomatik rejimdə işlətməkdir.

 

Layihə: 320 saylı orta məktəbdə günəş panelləri (FV modulları) avadanlıqlarının və istilik nasoslarının  quraşdırılması

Güc: 25 kVt günəş stansiyası

Güc: 60 kVt istilik nasosu

Məkan: Bakı şəhəri, Qaradağ rayonu

Missiya: Məktəblər üçün vacib olan təhlükəsiz  qızdırıcı sistemi yaratmaq, müasir avadanlıqlar tətbiq etməklə elektrik və istilik təchizatı qurğuları avtomatik rejimdə işlətmək və eyni zamanda şagirdləri maarifləndirməkdir.

 

Layihə: 311 saylı orta məktəbdə günəş panelləri (FV modulları) avadanlıqlarının və istilik nasoslarının  quraşdırılması

Güc: 35 kVt günəş stansiyası

Güc: 20 kVt istilik nasosu

Məkan: Bakı şəhəri, Sabunçu rayonu

Missiya: Məktəblər üçün vacib olan təhlükəsiz  qızdırıcı sistemi yaratmaq, müasir avadanlıqlar tətbiq etməklə elektrik və istilik təchizatı qurğuları avtomatik rejimdə işlətmək və eyni zamanda şagirdləri maarifləndirməkdir.





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.