Azərbaycanca | English

Cəmiyyət & Biz

Azgüntex MMC sağlam və xoşbəxt cəmiyyətin inkişafı üçün bütün səylərini əsirgəmir. Bu səbəbdən də xeyriyyəçilik, gənclərin maariflənməsi, və s. kimi layihələrimiz mövcuddur.

“Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “AzGünTex” MMC-nin birgə əməkdaşlığı nəticəsində ilkin olaraq “Min ev – min elektrostansiya” layihəsi, daha sonra isə “Yüz min ev – yüz min elektrostansiya” layihəsi həyata keçiriləcəkdir. Bu layihənin məqsədi hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. Hər bir evin enerji tələbatı araşdırılacaq və lazımı infrastruktur yaradılacaqdır.  Gün ərzində istehsal olunan elektrik enerjisi ilə evin tələbatını ödəmək, bununla yanaşı artıq qalan enerjinin şəbəkəyə ötürülməsi də mümkün olacaq. Bu istehsalçıya əlavə gəlir imkanları yaradır və eyni zamanda enerjinin qənaətlə istifadəsinə təşviq edir. Beləliklə, hər bir ev həm istehsalçı, həm də istehlakçı olacaqdır. Bu tipli layihələr ilk mərhələdə az təminatlı və gənc ailələr üçün nəzərdə tutulub.

Respublikamızın müxtəlif bölgələrində 3-5 MVt gücündə günəş elektrik stansiyaları quraşdırılacaq ki, bu da yüzlərlə evin günəş enerjisi ilə işıqlandırılmasına səbəb olacaq. Bunların içərisində qaçqın düşərgələrində yaşayan soydaşlarımızın günəş enerjisi ilə təchizatı qarşıda duran məqsədlərdəndir ki, bu sistem onların ümumi məişət xərclərinin azalmasında mühüm rol oynayacaq. Bu cür xeyriyyə layihələri məktəblərimizin, ucqar kənd və qəsəbələrimizin, yollarin və s. elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq.

Hal-hazırda Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən qəsəbəsində 6 eyni tipli orta məktəbdə günəş elektrik stansiyalarının və istilik nasoslarının  quraşdırılması layihəsi həyata keçirilir və qısa zamanda yekunlaşacaqdır. Bu layihədə başlıca məqsədlərdən biri şagirdlərimizin praktiki olaraq maarifləndirilməsi və onların təbiətin qorunmasında fəal iştirakına nail olmaqdır. 

Şirkətimiz minimal dərəcədə ətraf mühitə ziyan vurması ilə fərəhlənir. İstehsal olunan günəş modulları istifadə müddətini bitirdikdən və ya hansısa səbəbdan yararsız vəziyyətə düşdükdən sonra yenidən bərpa edilərək istifadəyə veriləcək. Bununla da biz beynəlxalq və qeyri-hökümət təşkilatlarının ətraf mühitin müdafiəsi və tullantılardan təmizlənməsi proqramına könüllü qatılır və dəstək oluruq.





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.