Azərbaycanca | English

Ətraf Mühitə Dəstək

Dünyamızın təbii ətraf mühiti keçən əsrdən bu günümüzədək sənaye inkişafı və neft-kimya yanacaqlarının istehlakının səmərəsiz mənimsənilməsindən ciddi zərər çəkmişdir. Bu istixana effektinə və fövqəladə iqlim dəyişikliyinə zəmin yaratmışdır. Alimlər qiymətləndirir ki, orta hərarət 1.4~5.8 C, dəniz səviyyəsi 11 sm-dən 77 sm-ə qalxacaq və bunun nəticəsində 18-35%-ə qədər canlı aləm məhv ola bilər.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alsaq, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadə daha məqsədəuyğundur.

Günəş gücü dünyada gələcəyin hakim elektrik enerjisi təchizatçısı olmaqda böyük üstünlüklər əldə etmişdir. Bu texnologiya iqlim dəyişikliyi böhranından boyun qaçırmaq üçün CO2 emissiyalarını effektiv azalda bilər. Günəş gücü sənayesinin sürətli inkişafına baxaraq AFSA (Avropa Fotovoltaik Sənayelər Assosasiyası) təxmin edir ki, 2030-cu ildə günəş gücü illik 100 milyon tonlarla CO2 emissiyası azaltma qabiliyyətinə malik olacaq.

Günəş panelləri istehsalı hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlmişdir. O cümlədən körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması planlaşdırılır.

Xüsusi hazirlanan günəş panellerinin köməyi ilə, günəşdən elektrik enerjisi əldə edilir. Günəş batareyaları işığa həssas yarımkeçirici elementlərdir. İşıq bu fotoelementlərin üzərinə düşdükdə onlarda elektrik cərəyanı meydana çıxır. Ən çox tətbiq olunan günəş batareyaları (Si) silisium monokristalından hazırlanır. Bunun səbəbi silisium monokristalının alınma texnologiyasının və ondakı p(güc) keçidin hazırlanma texnologiyasının yüksək səviyyədə işlədilməsidir.

 





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.