Azərbaycanca | English

Texnologiya və Tədqiqat

 

 

 Azguntex texnologiyasi 60 hücrəli multi kristallik modullar istehsal edir və bu Günəş panellərin hazırlanmasında 14 xammaldan istifadə olunur : Şüsə, EVA (etilen-vinil-asetat), hücrə, flüs, astar vərəqi, lehimləmə naqili, 5mm və 2mm endə yastı naqillər, çərçivə, skotç, elektrik qutusu, silikon, yapışqan lent, və künclük.

 60 hücrəli günəş modullarının gücü 250-255 Vatt arasında dəyişir

 Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir.

 Texnologiyanın tələblərinə uyğun olaraq panellərin istehsal edildiyi sahəyə daima təmiz hava vurulur və havanın temperaturu 23-25 dərəcə ətrafında saxlanılır.

 Hücrələrinin  iş prinsipi:

 Hücrələrin üzərinə düşən Günəş İşığının  udulması nəticəsində sərbəst yükdaşıyıcılar əmələ gəlir. Bu hadisə daxili fotoeffekt, bu zaman yaranan əlavə keçiricilik isə fotokeçiricilik adlanır. Si 4 valentli elementdir və dayanıqlı quruluş yaratmaq üçün hər silisium atomu dörd qonşusu ilə elektronlarını ortaqlaşdırır. Hücrə üzərinə düşən işıq zərrəciyi-FOTON öz enerjisini bir valent elektronununa verərək onu valent zonasından keçirici zonaya keçirəcək və nəticədə elektron – deşik cütü yaranacaq. İşığın təsiri ilə yaranan bu əlavə yükdaşıyıcılar məxsusi yarımkeçiricinin elektrik keçiriciliyini artıracaq. Deməli yarmkeçiricini müvafiq enerjili foton seli ilə işıqlandırdıqdan sonra , yarımkeçiricinin həcmində qeyri-taraz yükdaşıyıcı cütü yaranır. Bu qeyri-taraz yükdaşıyıcılar çox qısa müddətdə sərbəst halda olur. Sonra isə fotoelektron və deşik rekombinasiya edir. Kristal aramsız foton seli ilə işıqlandırıldıqda fotoyükdaşıyıcılar konsentrasiyasının rekombinasiya hesabına azalması dayanır, bu halda yaranan yüklərin miqdarı rekombinasiya edən daşıyıcıların miqdarına bərabər olur. Başqa sözlə generasiya və rekombinasiya arasında dinamik tarazlıq yaranır.

 Beləliklə yükdaşıyıcıların istiqamətlənmiş hərəkəti, Elektrik cərəyanı yaranır.

 Bizim günəş panellərinin faydalı iş əmsalı 15%dən, hücrələrin faydalı iş əmsalı isə 17%dən yüksəkdir. Təbii ki, hər birinin faydalı iş əmsalı ümumi sistemin FİƏ-a təsir edir.

 İçdən nahamar səth şüaların içə sovrulmasına şərait yaradır ki, bu halda da günəş enerjisi itkiyə getmir. Digər üzdən çəkilmiş astar vərəqi isə günəş şüasının modulu tərk etməsinin qarşısını alır

 Modulun kənarlarında olan deşiklər çərçivə daxilində belə suyun yığılmamasına yardım edir,  və beləcə modul öz təmizliyini saxlaya bilir.

 Modulun verdiyi cərəyan və güc istifadədən əvvəl tam yoxlanılır.

 

 

 

İstixana effekti


Dünya, üzərinə düşən günəş şüalarından çox dünyadan əks olunan günəş şüalarıyla istilənər. Bu əks olunan şüalar başda karbon-4-oksid və su buxarı olmaq üzrə atmosferdə olan qazlar tərəfindən tutulur, beləcə yerdə..

Ətraflı

Günəş modulları yaşadığım yer üçün əlverişlidirmi?


Günəş enerjisi universaldır və hər yerdə mövcuddur. Lakin yerlərdən fərqli olaraq yer səthində günəş enerjisi müxtəlif miqdarda paylanır. Azərbaycanda hər km2-ə düşən günəş enerjisinin miqdarı 1500-2000kVt/s təşkil edir. Ölkə ərazisi..

Ətraflı

Bərpaolunan enerji ilə əlaqəli 9 gerçək


 
1. Yer üzündə hazırda 5 növ yenilənə bilən enerji qaynağı var: Günəş enerjisi, külək, su, biokütlə və geotermal enerji 2. Tam məhsuldarlıq ilə enerji çıxarıldığında, dünya üzərinə bir saatda..

Ətraflı

Niyə günəş enerjisi...


Beynəlxalq Enerji Agentliyinin (BEA) verdiyi melumata əsasən dünyada sərf olunan ererjinin 66%i üzvi yanacağın payına düşür ki, bunun da əsas hissəsini kömür təşkil edir(40.8%). Bərpa olunan enerji mənbələrinə düşən pay..

Ətraflı





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.