Azərbaycanca | English

İstixana effekti

Dünya, üzərinə düşən günəş şüalarından çox dünyadan əks olunan günəş şüalarıyla istilənər. Bu əks olunan şüalar başda karbon-4-oksid və su buxarı olmaq üzrə atmosferdə olan qazlar tərəfindən tutulur, beləcə yerdə istiləşmə prosesi gedir. Şüaların bu qazlar tərəfindən tutulmasına istixana təsiri deyilir. Atmosferdə bu qazların miqdarının artması Yer kürəsində istiləşməni artırar.

 Günümüzdəki təhlükə, karbon-4-oksid və digər istixana qazlarının miqdarındakı artımın bu təbii istixana təsirini şiddətləndirməsində yatmaqdadır. Minlərlə ildir dünyamızdakı karbon qaynaqları qərarlı qalarkən, indi müasir insan fəaliyyəti, qalıq yanacaqların istifadəsi, meşələrin məhv edilməsi, həddindən artıq əkinçilik, atmosferə böyük miqdarda karbon 4 oksid və digər istixana qazlarının atmosferə salınmasına səbəb olmaqdadır.

 Qlobal istiləşmə, istixana təsiriylə atmosferin periodik olaraq istiliyinin artaraq istiləşməsi olubdur. İnsanların fəaliyyətləri nəticəsində atmosferə, xüsusilə qazların mədaxilləri artdığından təsir gedərək çoxalmaqdadır. 16.02.2001 tarixində Cenevredə açıqlanan BM Ətraf Hesabatına görə 21ci əsrdə, ortalama hava istiliyinin 1.4 °C ilə 5.3 °C arasında artacağı, buzlaqların əriməsiylə dənizlərin 8-88 sm-ə qədər yüksələcəyi, uzun vədədə dünyanın fiziki quruluşunda geri çevrilməsi olmayan dəyişikliklər ortaya çıxacağı, Afrika qitəsində əkinçilik məhsulunun düşəcəyi, ortalama illik yağıntı miqdarının azalacağı, su çətinliyi müşahidə olunacağı, Asiya qitəsində quraq və tropik bölgələrdə yüksək istilər, sellər və torpaq pozulması, şimal bölgələrində isə əkinçilik məhsulunda artım görüləcəyi, tropik qasırğaların artacağı, Avropa qitəsində cənub bölgələrinin quraqlığa meyilli hala gələcəyi, Alp Dağları buzlaqlarının yarısının 21ci əsrin sonunda yox olacağı və əkinçilik məhsulunun azalacağı, Şimali Avropada isə əkinçilik məhsulunun artacağı, Latın Amerikasında quraqlıq olacağı, sellərin çox sıx təkrarlanacağı, əkinçilik məhsulunun azalacağı, qızdırma və xoleranın artacağı, Şimali Amerikada əkinçilik məhsulunun artacağı, xüsusilə Florida və Atlantik sahillərində dəniz səviyyəsinin yüksələcəyi, böyük dalğaların meydana gələcəyi və sellərin görülə biləcəyi, qızdırma və qızdırma kimi xəstəliklərin artacağı, istilik və nəm artımıyla ölüm nisbətinin artacağı, Qütb bölgələrdə buzlaqların əriyəcəyi, bitki və heyvan növlərinin sayının təsirlənəcəyi müşahidə oluna bilər. Buzlaqların əriməsiylə əlaqəli olaraq dəniz səviyyəsi hər il 0.5 sm-ə qədər yüksələcəyindən, gələcək 100 il içərisində mərcan qayalıqlarının zərər görəcəyi də bildirilir

 Qlobal istiləşmə üzərində ən təsirli qaz olan karbon-4-oksid emisyonlarını % 5 nisbətində azaltmaq üçün bütün ölkələrin təbiətə təsir etməyən yeni sənaye siyasətlərini dövrəyə salmaq məcburiyyətində olduğu ifadə edilməkdədir. Bunun üçün də fotovoltaik enerjinin yaradılması və günü-gündən inkişaf etdirilməsi qarşımızda duran məqsədlərdən olmalıdır. Çünki istixana effekti və bu təsirlə yaranan qlobal istiləşmə ən çox enerji sektorunun mənfi təsiriylə (neft, qaz və s. yanacağın yanması) əmələ gəlir.

 

Niyə günəş enerjisi...


Beynəlxalq Enerji Agentliyinin (BEA) verdiyi melumata əsasən dünyada sərf olunan ererjinin 66%i üzvi yanacağın payına düşür ki, bunun da əsas hissəsini kömür təşkil edir(40.8%). Bərpa olunan enerji mənbələrinə düşən pay..

Ətraflı

Texnologiya və Tədqiqat


 
 
 Azguntex texnologiyasi 60 hücrəli multi kristallik modullar istehsal edir və bu Günəş panellərin hazırlanmasında 14 xammaldan istifadə olunur : Şüsə, EVA (etilen-vinil-asetat), hücrə, flüs, astar vərəqi, lehimləmə naqili,..

Ətraflı

Bərpaolunan enerji ilə əlaqəli 9 gerçək


 
1. Yer üzündə hazırda 5 növ yenilənə bilən enerji qaynağı var: Günəş enerjisi, külək, su, biokütlə və geotermal enerji 2. Tam məhsuldarlıq ilə enerji çıxarıldığında, dünya üzərinə bir saatda..

Ətraflı

Günəş modulları yaşadığım yer üçün əlverişlidirmi?


Günəş enerjisi universaldır və hər yerdə mövcuddur. Lakin yerlərdən fərqli olaraq yer səthində günəş enerjisi müxtəlif miqdarda paylanır. Azərbaycanda hər km2-ə düşən günəş enerjisinin miqdarı 1500-2000kVt/s təşkil edir. Ölkə ərazisi..

Ətraflı





© 2017 AZGÜNTEX – Günəş panelləri və LED lampalarının istehsalı. Bütün Hüquqlar Qorunur.